Ermənistan və havadarları regionda sülhü təhlükə altına salan fəaliyyətini davam etdirir. Avropa müşahidəçilərinin “binokl diplomatiyası”, İrəvanın silahlandırılması prosesinin daıvam etdirilməsi, “sülh fondu” tərəfindən maliyyə yardımlarının ayrılması, Koçaryanın fəallaşması... Milli Məclisin deputatı Elman Məmmədovla söhbətimiz də bölgəmizdə sülhə yaranan təhdidlərlə bağlıdır:
– Avropa İttifaqının regionla bağlı “binokl siyasəti” bölgədə sülh prosesinə hansı əngəllər yaradır?
– Bu gün dünyaya rəhbərlik etmək istəyən ABŞ, Fransa, Hindistan və bir neçə başqa dövlətlər Cənubi Qafqazda faşist ideologiyası ilə yaşayan təcavüzkar bir dövlətə silah-sursat, hərbi kəşfiyyat ilə yardımlar edirsə, bu, bu bölgəmizdə sülhəzərbədir. Silahlanan dövlətin məqsədi də bəllidir. Onu silahlandıranların kim olduğu da məlumdur. Bu dövlətlər Ermənistanı öz məqsədləri, mənafeləri naminə silahladırırlar. Eyni zamanda, regiona, bölgəyə nəzarət etmək üçün Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışırlar.
ABŞ-nin yeni prezidenti Tramp Bayden komandasından fərqlənib özünün seçkiqabağı verdiyi vədlərə əməl edəcəksə, dünyadakı müharibələri dayandıracaqsa, gərginliyi azaldaqcaqsa, bölgədə sülh yaranacaq. İndiki prezident sözünə sadiq qalarsa, gərək Ermənistanı silahlandırmaq, oraya hərbi kontingentini göndərmək əvəzinə, bu ölkəyə düzgün yol göstərsin. Ermənistana “bəd niyyətlərindən əl çək, Azərbaycanla sülh şəraitində yaşamağı düşün” deməlidir. Amma təəssüf ki, belə deyil. Əksinə, Avropa İttifaqı mülki missiya adı altında Azərbaycana qarşı qeyd etdiyiniz kimi “binokl siyasəti” aparır.
Avropa missiyası, guya, Ermənistana qısa müddətliyinə gəlmişdi və burada göstərəcəyi fəaliyyəti Azərbaycanla razılaşdırılacaqdı. Sonradan məlum oldu ki, missiya 40 nəfər yox, 200 nəfərlik nümayəndə ilə Ermənistana gəlib. Missiyanın tərkibinə baxanda da məlum oldu ki, bunlar hərbçilər, kəşfiyyatçılar, keçmiş jandarmeriyalar və bu qəbildən olan şəxslərdir. Yəni, bu missiya regiona xoş məramla gəlməyib, on təcavüzkar Ermənistanın bəd niyyətlərini həyata keçirməyi planlaşdırırlar. Avropa missiyası gələndə özü ilə çox güclü müşahidə, kəşfiyyat qurğuları gətirib, vaxtaşırı binoklla Azərbaycan ərazisini müşahidə edirlər, vəziyyəti öyrənirlər. Bu isə xoş məram daşıya bilməz. Bu missiya tezliklə sərhəddən çıxıb getməlidir.
– Mövcud vəziyyətdə Ermənistan sülhə nə dərəcədə hazırdır?
– Ermənilərin tarixinə baxsaq görərik ki, onlar ən dəhşətli cinayətlər törətmiş millətdilər. Hələ dövlət qurmazdan əvvəl də harada yaşayıblarsa orada həmişə dini zəmində cinayətlər törədiblər, xəyanətlər, satqınlıqlar ediblər. Bunun müqabilində tarixən özlərini mədəni, yazıq, məzlum xalq kimi təqdim ediblər. Əslində, bunların nə mədəniyyəti, nə məzlumluğu var. Türklərə qarşı soyqırımlar, cinayətlər törətdilər. Bu gün isə özlərini “sülh göyərçini” kimi təqdim edirlər. Ermənistanın baş naziri Paşinyan özünü ağıllı hesab edib dünyanın ayrı-ayrı ölkələrinə səfərlər edir, görüşlərdə iştirak edir və hər yerdə də özlərini sülh tərəfdarı kimi bəyan edirlər. Yaxşı, sual olunur, əgər sülh istəyirsizsə, bu qısa müddətdə böyük məbləğə dünyanın bir çox ölkələrindən ən müasir hücum silahlarını niyə alırdınız? ABŞ, Fransa, Kanada və başqa ölkələrin hərbi təlimçilərini gətirib yeni ordu qurursunuz? Məqsədləri aydındır, yenə Azərbaycanda bəd əməllərini həyata keçirməyə çalışırlar. Ona görə də Azərbaycan hər şeyə hər an, hər dəqiqə hazır olmalıdır.
– Ermənistan tərəfinin bu gün Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edir...
– Azərbaycan Prezidenti İlham Əliyev həmişə bəyan edirdi ki, biz heç kimin daxili işlərinə qarışmırıq, heç kimə qarşı müharibə etmək fikrində deyilik, heç kimin torpağında gözümüz yoxdur, ərazisinə iddiamız yoxdur. Onlar Azərbaycana qarşı əsası olmayan fikirlər formalaşdırırlar. O ki qaldı onların Zəngəzurun guya Azərbaycan tərəfindən işğal olunması iddialarına, bizim heç də belə fikrimiz yoxdur. Azərbaycan BMT-nin nizamnaməsinə əsaslanaraq deyir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında müəyyən əlaqə yaratmaq istəyirik. Bu normal istəkdir. Biz nəyə görə Naxçıvana ya İrandan, ya da Türkiyədən keçib getməliyik? Bu 42 kilometr məsafədə dəmir yolu xətti məsələsi həll oluna bilər. Burada heç də Ermənistanın dövlət mənafelərinə zərər vuran məqam yoxdur. Biz yol istəyirik ki, ərazilərimizə rahat gediş-gəlimiz mümkün olsun.
Qərbi azərbaycanlıların öz tarixi yurd-yuvalarına, vətənlərinə qayıtmaq istəklərinə gəlincə, burada qəribə heç nə yoxdur və BMT-nin nizamnaməsinə uyğundur. Yəni bu, heç də Ermənistan ərazisini işğal etmək deyil. Bildiyiniz kimi, bu gün Ermənistan Qarabağdan gedən ermənilərin qayıdışı məsələsini qaldırır. Faktlar var ki, ermənilər Azərbaycan ərazisindən könüllü gediblər. Xatırlayırsınızsa, ermənilər sərhəd məntəqəsini tərk edərkən onlardan getmələrinin səbəbi soruşulanda könüllü olaraq getmək istədiklərini deyirdilər. Bunlar Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycanda azərbaycanlılarla birgə yaşamaq istəmirlər. Ümumiyyətlə, hansı dövlət razı olar ki, onun qanunlarına tabe olmayan, vətəndaşlığını qəbul etməyən kimlərsə gəlib onun ərazisində yaşasın? Ermənilər və onun havadarları bunu dərk etsəydilər, ortada heç bir anlaşılmazlıq qalmazdı.